BANK

30 Yanvar

Deutsche Bank 2024-cü ilin dördüncü rübündə mənfəəti azalıb

Finss.az - Almaniyanın ən böyük bankı olan Deutsche Bank, 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini demək olar ki, 12 dəfə azaldıb.

Lakin bankın ümumi gəliri analitiklərin proqnozlarını aşaraq müsbət nəticə göstərib. Bankın mətbuat açıqlamasına görə, oktyabr-dekabr aylarında Deutsche Bank-ın xalis mənfəəti 106 milyon avro olub. Bu rəqəm bir il əvvəl 1,26 milyard avro idi. Xalis mənfəətə 594 milyon avro məbləğində məhkəmə xərcləri də daxil edilib. Vergidən əvvəl mənfəət 17% azalarak 583 milyon avro təşkil edib.

Deutsche Bank-ın gəliri isə 8% artaraq 7,22 milyard avroya çatıb. Analitiklər, bankın 2024-cü ilin dördüncü rübü üçün 282 milyon avro xalis mənfəət və 7,13 milyard avro gəlir gözləyirdilər. Bankın gəliri əsasən faiz gəlirlərinin 14% artması və komissiya gəlirlərinin 4% yüksəlməsi ilə formalaşıb.

Deutsche Bank-ın aktivlər idarəetmə sahəsindəki gəliri 22% artaraq 709 milyon avroya çatıb, bu sahədə ümumi aktivlər 1,01 trilyon avroya yüksəlib. Müştəri fonlarının təmiz axını 18 milyard avro təşkil edib.

İnvestisiya bankçılığı sahəsində bankın gəliri 30% artaraq 2,39 milyard avroya yüksəlib. Şəxsi müştərilərlə işdən gəlirlər isə 1% azalaraq 2,36 milyard avroya enib.

Deutsche Bank, 2025-ci ildə səhmdarlarına 2,1 milyard avro qaytarmağı planlaşdırır. Bu, 750 milyon avro dəyərindəki səhmlərin geri alınması və 1,3 milyard avro dividendin təklif olunmasını əhatə edir.