2024-cü il dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 807,7 milyon manat təşkil edib.
Finss.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu göstərici 2024-cü il noyabrın 1-dəki göstərici ilə müqayisədə 288,8 milyon manat və ya 11,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 471,1 milyon manat və ya 20,2% artım nümayiş etdirib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 1-nə kreditlər üzrə faiz gəlirləri 2 milyard 336,6 milyon manat təşkil edib. 2024-cü ilin noyabrın 1-nə olan bu göstərici isə 2 milyard 518,9 milyon manat olub.
Fuad Mədətov
Finss.az