Finss.az - Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) əksər analitiklərin proqnoz etdiyi kimi cümə axşamı uçot faiz dərəcəsini 2.5 baza bəndi azaldıb.
Tənzimləyici qurum açıqlamasında bildirib ki, yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 47.5%-dən 45%-ə qədər endirilib.
Qeyd etmək lazımdır ki, TCMB faiz dərəcəsini dekabrın sonunda 2023-cü ilin fevralından bəri ilk dəfə olaraq endirmişdi. Bundan əvvəl qurum ardıcıl səkkiz toplantıda uçot dərəcəsini 50% səviyyəsində saxlamışdı.
Uçot dərəcəsinin azaldılması, digər məsələlərlə yanaşı, ölkədə inflyasiya təzyiqinin zəifləməsi ilə əlaqədardır. Türkiyədə istehlak qiymətlərinin artım tempi illik ifadədə noyabrda 47.1%-dən dekabrda 44.4%-ə qədər enib. Bu, son bir il yarım ərzində ən aşağı səviyyədir. Eyni zamanda, ardıcıl yeddinci aydır ki, inflyasiyanın zəifləməsi qeydə alınıb.
"Əsas faiz dərəcəsi inflyasiyaya aparan yolda zəruri olan sərtliyi təmin edəcək şəkildə müəyyən ediləcək", - mərkəzi bankın bəyanatında qeyd olunub.
Cümə axşamı Türkiyə lirəsi 35.6544 həddindən 35.6580 həddinə qədər çox az dəyişdi. Son on iki ayda lirə ABŞ dolları qarşısında təxminən 18% ucuzlaşıb.