BANK

23 Yanvar

Rusiyanın VTB Bankı Türkiyəyə lirə ilə pul köçürmələrinə start verdi

Finss.az - Rusiyyanın VTB  bankı artıq Türkiyədəki istənilən banka türk lirəsi ilə pul köçürmələrini həyata keçirir.

Bankın xarici iqtisadi fəaliyyət üzrə qaynar xətti bildirib ki, VTB yanvarın 19-dan müştərilər üçün türk lirəsi hesabları açacaq və ödənişləri birbaşa Türkiyə banklarına göndərəcək. Lakin VTB bu vəsaitlərin qəbul olunmasına zəmanət vermir, çünki bu, qarşı tərəfin siyasətindən asılıdır.

Bankın məlumatına görə, əməliyyatda iştirak edən satıcı, alıcı, son benefisiar və məhsul istehsalçısı sanksiya siyahılarında olmamalıdır. Həmçinin, göndərilən məhsul sanksiyalara məruz qalmamalıdır.

Lirə ilə edilən ödənişlər 1-5 gün arasında icra olunacaq. Bank bu əməliyyat üçün məbləğin 0,75%-i qədər komissiya tutur (minimum $40). Valyuta nəzarəti çərçivəsində əlavə 0,15% + ƏDV tutulur (minimum $10, maksimum $2000). Bundan başqa, mübxir bankın 1%-lik komissiyası da ödənilməlidir.

Bankın mövcud müştəriləri əgər rublla hesabları varsa, internet-bank üsulu ilə türk lirəsi hesabı aça bilərlər. Əvvəllər bu proses üçün banka şəxsi müraciət tələb olunurdu.

VTB beynəlxalq ödəniş imkanlarını genişləndirməkdə davam edir və transsərhəd köçürmələr sahəsində imkanlarını artırır.

Hazırda VTB aşağıdakı ölkələrə ödənişlər həyata keçirir:

  • Çin – rublla və yuanla

  • Hindistan – rublla və rupi ilə

  • MDB ölkələri – rus rublu, belarus rublu, qazağıstan təngəsi və azərbaycan manatı ilə

  • Digər ölkələr – rus rublu, vyetnam donqu, dirhəm və iran rialı ilə

VTB-nin Türkiyə ilə ödənişlər sahəsində bir neçə rəqibi var. Bunlara digər iri Rusiya bankları və alternativ marşrutlarla çalışan vasitəçilər daxildir. Nordic Star hüquq şirkətinin baş partnyoru Andrey Gusev bildirir ki, bəzi türk bankları rus müştərilərlə işləməyə ehtiyatla yanaşır, çünki Qərbin artan təzyiqləri var. Lakin bu, konkret bankdan asılıdır.