BANK

17 Yanvar

Daha bir BƏƏ şirkəti Azərbaycanda fəaliyyətə başlayır

Finss.az - Birləşmiş Ərəb Əmirliyi əsilli "Broad Vision" şirkəti Azərbaycanda fəaliyyətə başlamağa hazırlaşır.

Şirkət, ilkin olaraq, "Broad Vision Advisors" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib. Şirkət, sahibkarlara maliyyə idarəçiliyi, vergi uyğunluğu, biznes texnologiyaları və inkişaf həlləri təklif edir.

Əsas bazarı BƏƏ olan şirkətin təsisçisi Mohamed Kamil Əhməd Əli, direktor isə bank təcrübəsinə malik Muhammed Vaqas Akram olacaq.

Yeni şirkət 15 yanvar 2025-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 100 250 manatdır.