Finss.az - Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi noyabr ayı ilə müqayisədə dekabr ayında illik ifadədə 2.6%-dən 2.5%-ə qədər azalıb.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında məlumat verilib.
Analitiklər orta hesabla istehlak qiymətləri artımının 2.6% səviyyəsində qalacağını proqnozlaşdırmışdılar. Ötən ay ərzaq məhsullarının və alkoqolsuz içkilərin dəyəri 2%, alkoqol və tütün məmulatlarının qiyməti 5.3%, geyim və ayaqqabıların qiyməti 1.1% artıb. Restoran və mehmanxanalarda qiymətlər 3.4%, rabitə xidmətləri 6.1%, təhsil xidmətləri 5%, tibb xidmətləri 5.6% bahalaşıb.
Bununla yanaşı, nəqliyyat xidmətlərinin qiyməti illik müqayisədə 0.6%, mebel və məişət əşyalarının isə 0.3% azalıb. İngiltərədə aylıq ifadədə inflyasiya noyabr ayı ilə müqayisədə dekabr ayında 0.1%-dən 0.3%-ə qədər artıb.
Ərzaq, spirt, tütün və enerji xərcləri (baza inflyasiya, CPI core) nəzərə alınmadan hesablanan qiymətlər illik müqayisədə 3.2%, aylıq ifadədə isə 0.3% artıb. Xatırlamaq lazımdır ki, noyabrda illik artım tempi 3.5% təşkil edib, aylıq isə dəyişməyib.