BANK

15 Yanvar

2024-cü ildə yuan faizləri rekord səviyyəyə çatıb

Finss.az - 2024-cü ilin dekabrında Rusiyya birjalarının valyuta bazarında yuanın cəlb edilməsi və yerləşdirilməsi faizləri mənfi zonaya keçdi. 

25 və 26 dekabrda göstəricilər müvafiq olaraq -0,16% və -0,48% olub. Yanvarda da meyl davam edərək, 13 və 14 yanvarda -0,33% və -0,3% qeydə alınıb. Mütəxəssislər bunu yuanın təklifinin artması ilə əlaqələndirir. Həmçinin, banklararası və xarici köçürmələrə qoyulan məhdudiyyətlər bazarda artıq yuan təklifinə səbəb olub, faiz dərəcələrini aşağı salıb.

Lakin bu tendensiyanın müvəqqəti olduğu bildirilib.