BANK

10 Avqust

"PAŞA Bank İstedad Akademiyası" çərçivəsində "Analytics Zone" layihəsinin bağlanış mərasimi keçirilib

“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində həyata keçirilən “Analytics Zone” layihəsinin bağlanış mərasimi baş tutub.

Finss.az bankın rəsmi saytına istinadən xəbər verir ki, seçim mərhələlərindən uğurla keçən namizədlər 2 aylıq təlim sessiyalarında iştirak etmək hüququ qazanıblar. Bu müddət ərzində "PAŞA Bank" ekspertləri tərəfindən analitika sahəsində, həmçinin yumşaq bacarıqlar üzrə bir sıra mövzularda təlimlər keçirilib.

Proqramın son mərhələsi olaraq, yekun imtahan və müsahibələrdən uğurla keçən iştirakçılar "PAŞA Bank"-da iş imkanı əldə ediblər. Digər iştirakçılar isə bankımızın namizəd bazasına əlavə olunmaqla yarana biləcək aktiv vakansiyalarımız üzrə dəyərləndiriləcəklər.

Sahə üzrə aidiyyəti şəxslərin də iştirak etdiyi səhər yeməyi formatında həyata keçirilən bağlanış mərasimində "PAŞA Bank" liderləri öz təcrübə və tövsiyələrini proqram iştirakçıları ilə paylaşıblar. Həmçinin, bağlanış mərasiminin bir hissəsi olaraq təlimçilər və iştirakçılar sonda sertifikatla təltif olunublar. Tədbirin sonunda iştirakçılara sual-cavab sessiyası təşkil olundu və iştirakçılar təlimlərlə bağlı öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, proqrama ümumi olaraq 1021 müraciət daxil olmuşdur. 161 nəfər test, 94 nəfər müsahibə mərhələsinə keçid etmiş və son olaraq 24 nəfər təlim sessiyalarında iştirak şansı qazanıb.