BANK

06 Avqust

Türkiyədə inflyasiya rəqəmləri açıqlanıb

Türkiyə Statistika Qurumu (TÜİK) iyul ayı inflyasiya rəqəmlərini açıqlayıb. TÜİK-in məlumatına görə, İstehlak Qiymətləri İndeksi (CPİ) 61.78%-ə düşüb.

Finss.az xəbər verir ki, bu göstərici ötən ay 71.60% təşkil edib. Aylıq CPI 3.23% təşkil edib. 2024-cü ilin iyul ayında CPİ bir əvvəlki aya görə 3.23%, bir əvvəlki ilin dekabr ayına görə 28.76%, bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 61.78% və on iki aylıq ortalamalara görə 65.93% oldu.