BANK

31 İyul

İranın Saderat bankının gəlirləri artıb

Cari İran ilinin 3 ayı ərzində (20 mart - 20 iyun 2024-cü il) İran Bank Saderat-ın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə (21 mart - 21 iyun 2023-cü il) 55% artıb.

Fins.az xəbər verir ki, Bank Saderat-ın 3 ay ərzində gəlirləri 90 trilyon rial (təxminən 230 milyon dollar) təşkil edib.

Bank Saderat-ın cari İran ilinin 3 ayında (20 mart - 20 iyun 2024-cü il) xalis gəliri 5,81 trilyon rial (təxminən 14,8 milyon dollar), ötən ilin 3 ayında isə 3,73 trilyon rial (təxminən 9,52 milyon dollar) təşkil edib. 

Bankın 3 ay ərzində xalis investisiya gəliri 11 trilyon rial (təxminən 28 milyon dollar) təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 min faiz çoxdur.

Qeyd edək ki, İranın “Saderat” bankının 12 ölkədə 28 filialı, İranda isə 2015 filialı var. Bankın kapitalının 215 trilyon rial (təxminən 548 milyon dollar) olduğu bildirilir.

Kaira Ağayeva
Fins.az