BANK

03 Avqust

Hazırda AMB-nin rəqəmsal valyuta buraxmaq planı yoxdur

Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) rəqəmsal valyuta buraxmaq planı yoxdur.

Fins.az xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, rəqəmsal valyuta üçün istifadə olunan texnologiya çox vacibdir və bu səbəbdən bu sahəni mütəmadi izləyirik:

"AMB digər ölkələrin mərkəzi banklarının bu sahədə nələr etdiyini, nələrə nail olduğunu araşdırır. Rəqəmsal valyuta həm əməliyyatlar, həm də maliyyə sektorunun sabitliyi nöqteyi nəzərindən suallar yaradır. Hazırda bu sahədə hansısa mərkəzi bankın uğurlu məhsulu yoxdur".

Fuad Mədətov
Fins.az