BANK

15 May

Azərbaycanda mobil bankçılıq xidmətlərinin həcmi 2 dəfə artıb - Rəşad Orucov

Bu ilin 1-ci rübündə Azərbaycanda internet bankçılıq əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18 %-dək artaraq 59 milyard manatı ötüb.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Sammit 2024 (Maliyyə və Texnologiyalar Sərgisi)” tədbirində Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov deyib.

Onun sözlərinə görə, mobil bankçılıq xidmətlərinin həcmi isə 2 dəfə artaraq 15 milyard manat təşkil edib.

Qeyd edək ki, “Fintex Sammit 2024 (Maliyyə və Texnologiyalar Sərgisi)” 2 gün davam edəcək. Belə ki, Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 15-16 may 2024-cü il tarixlərində Bakıda keçiriləcək. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilir.

Fuad Mədətov
Fins.az