BANK

05 Aprel

BVF-nin prezidentliyinə yeganə namizədi

5 illik prezidentlik müddəti sentyabrın 30-da başa çatacaq BVF-nin yeni prezidentinin seçilməsi ilə bağlı açıqlama verilib.

Fins.az xəbər verir ki, bəyanatda BVF prezidentliyinə namizədlik prosesinin aprelin 3-də başa çatdığı, Georgiyevanın yeganə namizəd olduğu bildirilib.

Georgieva ilə İcraçı Direktorlar arasında görüşlər də daxil olmaqla, prosesin daha əvvəl elan olunmuş istiqamətdə davam edəcəyi və seçki prosesinin ən qısa zamanda və aprelin sonuna qədər yekunlaşdırılmasının hədəfləndiyi bildirilib.

Qeyd edək ki, Georgieva martın əvvəlində BVF rəhbərliyində ikinci müddətə işləmək istədiyini açıqladı.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri də Georgiyevanın daha bir müddət BVF-nin rəhbəri olmasını dəstəklədiklərini açıqlayıblar.

Ənənəvi olaraq BVF-nin prezidentini Avropa ölkələri, Dünya Bankının prezidentini isə ABŞ müəyyənləşdirir.

Günel Məlikzadə
Fins.az