BANK

19 Fevral

Qısamüddətli xarici borc ehtiyatı 174,4 milyard dollara çatıb

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) 2023-cü ilin dekabr ayı üçün Qısamüddətli Xarici Borc Statistikası İnkişafını paylaşdı.

Fins.az xəbər verir ki, Türkiyədə dekabrın sonuna qısamüddətli xarici borc ehtiyatı 2022-ci ilin sonuna nisbətən 17,2 faiz artaraq 174,4 milyard dollar təşkil edib. Bu dövrdə banklardan yaranan qısamüddətli xarici borc ehtiyatı 10,1 faiz artaraq 68,4 milyard dollara, digər sektorların qısamüddətli xarici borc ehtiyatı isə 10,8 faiz artaraq 59,6 milyard dollara çatıb.

Onu da qeyd edək ki, bankların xaricdən istifadə etdiyi qısamüddətli kreditlər 2022-ci ilin sonuna nisbətən 18,4 faiz artaraq 12,6 milyard dollara çatıb. Banklar istisna olmaqla, qeyri-rezidentlərin valyuta depozit hesabları 7,4 faiz azalaraq 20 milyard dollara, qeyri-rezident bankların depozitləri isə 23,2 faiz artaraq 20,7 milyard dollara çatıb. Bundan əlavə, qeyri-rezidentlərin TL əmanətləri ötən ilin sonu ilə müqayisədə 15,2 faiz artaraq 15,1 milyard dollara çatıb.

Günel Məlikzadə
Fins.az