BANK

15 Fevral

Fed/Barr: "İnflyasiya hədəfinə qayıtmaq üçün yol çətin olacaq"

Federal Ehtiyat İdarəsi sədrinin Nəzarət üzrə Müavini Maykl Barr bildirib ki, FED faiz dərəcələrini azaltmağa başlamazdan əvvəl inflyasiyanın 2 faizə qayıtdığını göstərən daha çox məlumat görməlidir.

Fins.az xəbər verir ki, "Sədr Pauell ən son mətbuat konfransında dediyi kimi, FOMC həmkarlarım və mən əminik ki, biz 2 faiz inflyasiyaya doğru gedirik, lakin federal fondların faiz dərəcəsinin aşağı salınması prosesinə başlamazdan əvvəl davamlı yaxşı məlumatları görməliyik"  deyə Barr bildirib.

Çıxışında Barr, həmçinin çərşənbə axşamı açıqlanan gözləniləndən daha güclü inflyasiya məlumatlarının FED-in inflyasiya hədəfinə gedən yolun "kəskin" ola biləcəyini xatırlatdığını söylədi.

Günel Məlikzadə
Fins.az