BANK

22 Yanvar

"Xalq Bank"ın xalis mənfəəti 1,9 dəfə artıb

"Xalq Bank" ASC 2023-cü ilin IV rübü üzrə xalis mənfəəti 52 milyon 70 min manat təşkil edib.

Fins.az "Xalq Bank"ın ötən ilin yekun maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 24 milyon 855 min manat və ya 91,3 % (1,9 dəfə) artıb.

Fuad Mədətov
Fins.az