AVTO

30 Yanvar

Dövlət hərracında rəqabət artıb

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 lot üzrə ümumilikdə 41 nəqliyyat vasitəsi satışa çıxarıldı.

Dövlət Xidmətinin məlumatına görə, hərraca 32 sifariş qəbul edilib. Rəqabətli mübarizənin yaşandığı hərracda, ilkin qiyməti 46 100 manat olan 19 nəqliyyat vasitəsi 100 000 manata satıldı. Digər lotda isə 15 nəqliyyat vasitəsinin start qiyməti 35 200 manat olsa da, son təklif 52 min manata yüksəldi.

Hərracda satılan nəqliyyat vasitələrinin tam siyahısına Dövlət Xidmətinin rəsmi saytından www.emlak.gov.azwww.auksion.gov.az internet səhifələrindən baxmaq mümkündür.

Hərracda iştirak etmək istəyənlər qeyd olunan saytlarda əmlakları seçə bilərlər.