Finss.az - “Tesla” ABŞ-da yenilənmiş “Model Y”-nin satışına başladığını elan edib.
Şirkətin daxili bazarda ən çox satılan avtomobilinin modifikasiya olunmuş versiyasının ilk tədarükləri mart ayında başlayacaq. Şirkətin saytında verilən məlumata əsasən, yeni versiya əvvəlki model seriyasının oxşar təchiz edilmiş avtomobilindən 25% baha olacaq. Çində yenilənmiş “Model Y” köhnə versiyanın qiymətindən orta hesabla 4.9% baha qiymətə satılacaq.
Qeyd olunur ki, əhəmiyyətli qiymət artımına baxmayaraq, yenilənmiş modellərin tədarükünün artacağı proqnozlaşdırılır. Yenilənmiş “Model Y” nəinki geniş çeşidə malikdir, həm də alıcıların əlavə diqqətini cəlb etməli olan yeni eksteryer alıb. Avtomobil istehsalçıları inanırlar ki, model diapazonunun yenilənməsi və “Cybertruck” istehsal həcminin artırılması “Tesla”-ya bu il artıq cari rübdə 500 mindən çox elektrikli avtomobilin tədarükünə nail olmağa imkan verəcək.
Hazırda beynəlxalq birjalarda “Tesla”-nın səhmləri 412$ səviyyəsində ticarət olunur. Qeyd etmək lazımdır ki, cari həftənin əvvəlində qiymətli kağızların dəyəri 432$ təşkil edirdi.