AVTO

23 Yanvar

ABŞ-da avtomobil istehsalı yüksəlir

Finss.az - ABŞ-da yüngül avtomobillərin istehsalı tədricən artır.

2024-cü ildə 10,33 milyon ədəd istehsal olunacaq, 2025-ci ildə isə 1,16% artım ilə 10,45 milyon avtomobilin istehsal edilməsi proqnozlaşdırılır.

Lakin yüksək avtomobil qiymətləri və bahalı kreditlər alıcı tələbatını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bununla yanaşı, avtomobillərin orta yaşı rekord həddə — 12,6 il olub ki, bu da avtomobil parkının yenilənmə sürətinin yavaş olduğunu göstərir.