Finss.az - “Yaponiya Avtomobil Dilerləri Assosiasiyası”nın (JADA) tərtib etdiyi reytinq siyahısına görə 2024-cü ilin ən çox satılan yapon avtomobilləri arasında "Toyota Corolla" lider olub, 2023-cü illə müqayisədə satışları 7,8% artaraq 166,956 ədədə çatıb.
Digər ən çox satılan yapon avtomobilləri bunlardır:
- Toyota Corolla - 166,956 ədəd
- Toyota Yaris - 166,162 ədəd
- Toyota Sienta - 111,090 ədəd
- Nissan Note - 101,766 ədəd
- Honda Freed - 85,368 ədəd
- Toyota Prius - 83,485 ədəd
- Nissan Serena - 80,899 ədəd
- Toyota Alphard - 79,374 ədəd
- Honda Vezel - 75,424 ədəd
- Toyota Voxy - 70,636 ədəd