Finss.az - Fransanın avtomobil istehsalçısı "Renault" ötən il satışlarını 1,3% artırıb.
Şirkətin hesabatına görə, xüsusilə 2023-cü ilin 4-cü rübündə satışlar 6,1% artıb. Lakin, bu artım 2022-ci ildə qeydə alınan 9 faizlik artımın xeyli aşağısında olub.
Satış artımının aşağı olması səbəblərindən biri, ən böyük bazar olan Çin bazarında həddindən artıq istehsalın bazarı doldurmasıdır.
"Renault" ən çox satışı Avropada həyata keçirib. Şirkət 2024-cü il üzrə yekun maliyyə nəticələrini fevralın 20-də açıqlayacaq.