Finss.az - 2024-cü ildə dünya üzrə elektrik avtomobillərin satışı 2023-cü illə müqayisədə 25 faiz artaraq 17,1 milyon ədədə çatıb.
Böyük Britaniyanın “Rho Motion” araşdırma şirkətinin illik hesabatına görə, Avropada elektrik avtomobil satışları 3 faiz azalaraq 3 milyona enib. İngiltərə 400 mindən çox elektromobil satışı ilə Almaniyanı qabaqlayıb. Almaniyada subsidiyaların ləğvi satışların azalmasına səbəb olub.
ABŞ və Kanada bazarlarında vergi endirimləri ilə satışlar 9 faiz artaraq 1,8 milyon olub. Dekabr ayında bu bölgələrdə 185 mindən çox elektromobil satılıb. Şimali Amerika bazarı il ərzində ardıcıl 10 faiz artım göstərib.
Çində elektromobil satışları 40 faiz artaraq 11 milyon olub və qlobal satışın yarıdan çoxu bu ölkədə gerçəkləşib. BYD modelləri ən çox satılan markalar arasında lider olub.
Ümumilikdə, dünya üzrə elektromobil satışları əsasən Çin, Avropa, ABŞ, Kanada və digər bölgələrdə yüksəlib.