AVTO

06 Dekabr

“Porsche” benzinli avtomobil istehsalını davam etdirəcək

Alman avtomobil nəhəngi “Porsche”dən qalıq yanacaqla işləyən avtomobillərlə bağlı çox əhəmiyyətli bir açıqlama gəldi.

Şirkətin maliyyə direktoru Lutz Meschke tərəfindən edilən açıqlamaya görə, “Porsche” qalıq yanacaqla işləyən avtomobillərə olan bağlılığını davam etdirəcək.

Finss.az xəbər verir ki, son zamanlar elektrikli avtomobil dəliliyi geridə qalıb. Satışlar əvvəlki kimi deyil və bu vəziyyətdən xəbərdar olan şirkətlər elektromobillərdən uzaqlaşmağa başlayıb. Görünür, onlardan biri “Porsche” olacaq.

Lutz Meschke mövzu ilə bağlı açıqlamasında deyib: “Aydın olan odur ki, biz daha uzun müddət daxili yanma mühərrikinə sadiq qalacağıq”.

Bu arada, əvvəlki açıqlamalara görə, “Porsche”nin 2030-cu ildə satışlarının əhəmiyyətli bir hissəsini, məsələn, yüzdə 80-ni elektrikli avtomobillər təşkil edəcək. Ancaq son açıqlamalar bu nisbətin artıq etibarlı olmadığının açıq göstəricisidir.

Kaira Agayeva 

Finss.az