AVTO

06 Avqust

Subaru WRX tS: Əsl yenilik, yoxsa marketinq hiyləsi?

Bu ilin iyun ayında Yapon brendi "Subaru" ABŞ-ın Konnektikut ştatında keçirilən "Wicked Big Meet" tədbirində yeni "WRX tS" sedanını təqdim edib. "Tuned by STI" mənasını verən "tS", əsl STI modeli deyil, adi WRX modelinin "idman" versiyasıdır.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobil 2,4-litrlik turbomühərrik 275 at gücünə malikdir və altı pilləli mexaniki transmissiya ilə birləşir. Tam ötürmə sistemi simmetrik mərkəzi differensiala və "Active Torque Vectoring" sisteminə sahibdir. "WRX tS", elektron idarə olunan amortizatorlar və "Brembo" əyləcləri ilə təchiz edilmiş yenilənmiş asqıya malikdir. 19 düymlük təkər diskləri "Bridgestone Potenza S007" şinləri ilə təchiz olunub.

Avtomobil "Crystal Black Silika" rəngli kuzov və bütöv dam ilə fərqlənir. Salonda 12,3 düymlük rəqəmsal cihazlar paneli və "STI" loqolu mühərriki işə salma düyməsi mövcuddur. "Recaro" oturacaqlar, 11,6 düymlük multimedia sistemi və "EyeSight" elektronik köməkçiləri də təchizata daxildir.

"WRX tS"in qiyməti hələ açıqlanmayıb, lakin adi "WRX" modeli 32,735 ABŞ dollar, WRX GT isə 44,215 ABŞ dollara satılır.

Fuad Mədətov
Finss.az