AVTO

10 İyun

Bugatti-nin yeni layihəsi: "55 1 of 1"

"Bugatti" "sur Mesure" layihəsinin növbəti əsəri "Chiron Super Sport" hiperkarı əsasında yaradılıb və “55 1 of 1” adlanır.

Fins.az xəbər verir ki, bu layihə Jan Buqattinin tək nüsxə olan Type 55 Super Sport modelindən ilham alıb. Hiperkar, Ettore Buqattinin sevdiyi qara və sarı rənglərlə boyanıb və həmçinin "Chiron" modelinin stilizasiyasını Type 55 modelinə uyğun etmək məqsədi daşıyır.

Ön hissədə tədricən seyrəkləşən naxışlar "Chiron Pur Sport Gran Prix" versiyasından götürülüb, lakin burada EB monoqramları əvəzinə 55 rəqəmləri istifadə olunur. Bu elementlər müharibədən əvvəlki modelin qanadlarını xatırladır. Digər xüsusiyyətlər arasında qara 10 mili olan təkər diskləri, sarı EB nişanı və antiqanadın alt səthindəki “55 1 of 1” yazısı da var. İnteryer sarı vurğuları olan qara dəri ilə üzlənib və qapılardakı naxışlar əl ilə işlənib. Jan Buqattinin imzası kandar və xatirə lövhəsini bəzəyir.

Hiperkarın ürəyi, standart "Chiron Super Sport" modelində olduğu kimi, 1600 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərrikidir. İki muftalı yeddi pilləli “robot” ötürmə qutusu sayəsində, bu avtomobil 300 km/saata cəmi 12,1 saniyədə çatır və maksimal sürəti 440 km/saatdır.

Fuad Mədətov
Fins.az