AQRO

19 Fevral

Ukraynada ümumi taxıl yığımı 59 milyon tona yaxın olub

Ukraynada qarğıdalı məhsulu 3,689 milyon hektardan (proqnozun 91 faizi) toplanıb. Məhsuldarlıq 7,79 t/ha olmaqla hasilat həcmi 28,748 milyon ton təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Beləliklə, son bir həftə ərzində qarğıdalı məhsulu daha təxminən 44 min ton artıb.

Ümumilikdə Ukraynada 10,609 milyon hektar (planın 97 faizi) sahədə taxıl və paxlalı bitkilərin biçini aparılmışdır. Beləliklə, hasilat həcmi 5,56 t/ha məhsuldarlıqla 58,993 mln olub.

Günel Məlikzadə
Fins.az