AQRO

15 Fevral

Misir buğda idxalı üçün tender keçirir

Bazar operatorlarının verdiyi məlumata görə, Misirin dövlət ərzaq tədarükü təşkilatı GASC 60 min ton buğda idxalı üçün tender elan edib.

Fins.az xəbər verir ki, tenderin şərtlərinə görə, taxıl tədarükü cari ilin 10-25 aprel tarixləri arasında, akkreditivlə ödəniş 180/270 gün müddətində həyata keçirilməlidir. Operatorlar hər iki təklifi baxılmaq üçün təqdim etməlidirlər.

Tenderin fevralın 15-də başa çatması planlaşdırılır.

Onu da xatırladaq ki, bu həftə keçirilən tenderdə Misir 120 min ton qarğıdalı alıb.

Günel Məlikzadə
Fins.az