AQRO

25 Dekabr

BMT Baş Katibi: Taxıl Sazişinin yenilənməsi mənasız hesab edilir

Qara Dəniz Taxıl Təşəbbüsünün əvvəlki formada tam fəaliyyətini bərpa etmək çətin ki, məntiqli olsun.

Fins.az xəbər verir ki, bu fikri BMT-nin baş katibi Antonio Quterreş dekabrın 23-də Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.

"Biz hər iki tərəflə əlaqə saxlayırıq, yeni formalar tapmağa çalışırıq. Düşünmürəm ki, Taxıl Sazişinin təkrarlanması məntiqli olacaq".

Eyni zamanda, A.Quterreşin fikrincə, “Qara dənizdə naviqasiya azadlığı üçün şərait yaradıla bilsəydi, çox maraqlı olardı”.

Günel Məlikzadə
Fins.az