AQRO

11 Dekabr

Qazaxıstanda taxıl ixracı azalıb

Dekabrın əvvəlində Qazaxıstan İtaliyadan başqa bütün istiqamətlərə ixrac üçün taxılın dəmir yolu ilə daşınmasını əhəmiyyətli dərəcədə azaldıb. 

Fins.az APK İnform-a istinadən xəbər verir ki, 2023-cü il noyabrın 30-dan dekabrın 6-dək əsas satış bazarı olan Özbəkistana cəmi 58,95 min ton taxıl yükü göndərilib ki, bu da 23-29 noyabr 2023-cü illə müqayisədə 30% azdır.

Tacikistana daşınmalar da 34% azalaraq 18,6 min tona (28,3 min ton) düşüb.

Bu dövrdə Çinə taxıl daşınması təxminən 80% - 81,77 min tondan 16,47 min tona qədər azalıb.

Dəmir yolu ilə Əfqanıstana 7,38 min ton Qazaxıstan taxıl yükü göndərilib (bir həftə əvvəl bu göstərici 18,26 min ton idi).

Eyni zamanda, İtaliyaya daşınmalar 82% - 23-29 noyabr tarixlərindəki 4,78 min tondan noyabrın 30-dan dekabrın 6-dək olan dövrdə 8,7 min tona qədər artıb.

Günel Məlikzadə
Fins.az