ANALİTİKA

16 Fevral

"Türkiyə Səudiyyə Ərəbistana hədəflərinə çatmaqda kömək edə bilər"

Türkiyə Xəzinə və Maliyyə naziri Mehmet Şimşək Türkiyə-Səudiyyə Ərəbistanı İnvestisiya və İş Forumunda jurnalistlərin suallarını cavablandırıb.

Fins.az xəbər verir ki, Səudiyyə Ərəbistanının çox iddialı turizm hədəfləri olduğunu ifadə edən Şimşək, "Türkiyə bu hədəflərə çatmaqda kömək edə bilər. Çünki bizim mövsümlər üst-üstə düşmür; onların turizm mövsümü qışdır, bizimki isə ümumiyyətlə yay və payızdır".

Türkiyənin inşaat sektorunda böyük təcrübəyə malik olduğuna diqqət çəkən Şimşək sözlərini belə davam etdirdi:

"Orada obyektlərin tikintisinə və istismarına töhfə verə bilərik. Turoperatorlarımızla ora turistlərin aparılmasına da töhfə verə bilərik. Ona görə də Türkiyə və Səudiyyə Ərəbistanının bu sahələrdə əməkdaşlıq etməsi bizim və onların maraqlarına uyğundur. Necə ki, bizim Turoperatorlar yayda bura turist gətirirlər, pul qazanaraq ora da turist gətirə bilirlər. 2023-cü il rəqəmlərimiz bəllidir. Dünya rəqəmləri məlum olanda yəqin ki, yenə 3-cü və ya 4-cü yerdə ola bilərik".

Günel Məlikzadə
Fins.az