ANALİTİKA

21 Yanvar

Turizmin böyüməyə töhfəsi pandemiyadan əvvəlki səviyyəyə çata bilməyib - TÜRKİYƏ

Türkiyə Statistika Təşkilatının (TÜİK) turizm peyk hesabı 2019-2022 məlumatlarını açıqladı.

Fins.az xəbər verir ki, turizmə tabe məhsullar; 2022-ci ildə ziyarətçilər üçün yerləşdirmə xidmətləri, yemək və içki xidmətləri və sərnişin daşıma xidmətləri əvvəlki illə müqayisədə artsa da, onlar paxdemiyadan əvvəlki səviyyələrinə qayıda bilməyiblər. Sözügedən məlumatlar 2019-cu ildən, yəni pandemiyadan əvvəl geriləyib.

Daxili turizm istehlakının daxili təklifdəki payı 2019-cu ildə 3,9 faiz olduğu halda, 2022-ci ildə 3,3 faiz səviyyəsində qalıb.

Birbaşa turizmin ümumi əlavə dəyərdə payı 2019-cu ildə 4,6 faiz olduğu halda, 2022-ci ildə 4,4 olaraq qeydə alınıb.

Türkiyədə 2022-ci ildə turizm məqsədləri üçün ümumi istehlak dəyəri 1 trilyon 311 milyard 367 milyon 401 min lirə olaraq təyin olundu.

İlk dəfə açıqlanan statistika milli hesablara uyğun olaraq tələb və təklif yanaşmasından istifadə edərək turizmin iqtisadi təsirlərini ölçmək məqsədi daşıyırdı. Statistika beynəlxalq səviyyədə ətraflı və analitik məlumat verən inteqrasiya olunmuş metoddan istifadə etməklə hesablanmışdır.

Müvafiq olaraq, 2022-ci ildə ölkədə turizm məqsədləri üçün ümumi istehlak dəyəri 1 trilyon 311 milyard 367 milyon 401 min lirə olacaq. Turizm məqsədləri üçün ümumi istehlak dəyərinin ümumi daxili təklifdə xüsusi çəkisi 3,3 faiz hesablanmışdır.

Günel Məlikzadə
Fins.az